"TSL Group" ŞİRKƏTİ
"TSL Group" şirkəti MDB, Şərqi və Qərbi Avropa, Türkiyə, İran, BƏƏ, Çin və s. ölkələr üzrə kompleks yük daşımaları (loqistika) xidmətlərini təmin edir.
Bizim məqsədimiz - müştərilərə yüklərin daşınmasının təşkili ilə bağlı bütün problemlərin həllində yardım etmək və yüklərin maksimum təhlükəsizliyini və qorunmasını təmin etməkdir.
Müştərilərin tələb və arzularını maksimum dərəcədə yerinə yetirmək üçün "TSL Group" ("TRANS SERVICE LOGISTICS") şirkəti həmçinin yığma yüklərin daşınması, ölkə daxilində ekspeditor xidmətləri, idxal-ixrac mallarının gömrük rəsmiləşdirilməsinə dair məsləhətlər kimi digər xidmətləri də təklif edir və bu, şirkətin bazarda rəqabətə davamlılığıını daha da artırır.
Qısa müddət ərzində "TSL Group" şirkəti bir çox beynəlxalq yük daşıma şirkətləri ilə işgüzar əməkdaşlıq və agentlik münasibətləri yaratmışdır.
"TSL Group" şirkəti əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, zamanın tələbləri ilə hesablaşır və nəqliyyat biznesinin inkişafı zamanı baş verən dəyişiklikləri izləyir.
Hal-hazırda, "TSL Group" şirkətində peşəkar və həmfikir insanlardan ibarət möhtəşəm kollektiv çalışır.
Bizim mütəxəssislərimiz hər bir müştəriyə fərdi qaydada yanaşır, dil baryerini aşmaqda onlara yardım edir, bütün lazımı sənədləri peşəkarcasına hazırlayır və yüklərin vaxtlı-vaxtında toplanaraq daşınmasını təmin edir.
Bizim daimi müştərilərimiz arasında "GILAN-KNAUF", "BALTİKA-Bakı", "Biləsuvar Aqro", "AVRORA", "GEORSERVİCES", "ATROPATENA", "Industry Services Company", "PEPSİ", "EL PLASTIK" , "Tovuz - Baltiya" və digərlərini qeyd etmək olar.
Yük daşıma bazarında uzunmüddətli iş, işlərin dəqiq təşkili, geniş agent şəbəkəsi və işçilərin yüksək peşəkar səviyyəsi müştərilərimizin istənilən mürəkkəblikdə yüklərinin daşınmasını təmin etməyə, habelə daşınmanın vaxtlı-vaxtında aparılmasına, yüklərin qorunmasına, eləcə də daşıma və yükləmənin bütün mərhələlərində izlənməsinə zəmanət verir.
"TSL GROUP" - Sizin düzgün seçiminiz.